Borcunu bu yolla ödəmək istədi, tutuldu - VİDEO

Əvvəllər məhkum olunmuş şəxs saxlanıldı

Borcunu bu yolla ödəmək istədi,  tutuldu - VİDEO
Əvvəllər məhkum olunmuş şəxs saxlanıldı

Tovuzda bir nəfər şəxs borcunu vermək üçün qonşu kənddən oğurluq edib.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, rayonun Aşağı Quşçu kənd sakini Nizaməddin Tağıyev Azaflı kənd sakini Namiq Qocayevə məxsus tövlədən 26 baş qoyunu gecə saatlarında oğurlayıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Tağıyev maddi sübutlarla birlikdə saxlanılıb.

Araşdrımalar zamanı məlum olub ki, şübhəli şəxs oğurladığı qoyunları qonşusunun həyətində saxlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: