“Boşanmaların səbəblərindən biri də budur”

""Reproduktiv sağlamlıq haqqında" Qanunun qəbul olunması Milli Məclis qarşısında duran vəzifələrdən biridir".

“Boşanmaların səbəblərindən biri də budur”
""Reproduktiv sağlamlıq haqqında" Qanunun qəbul olunması Milli Məclis qarşısında duran vəzifələrdən biridir".

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentdə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə bildirib.

"Məsələn, nikaha xitam verilməsinin səbəblərindən biri də sonsuzluqdur, lakin müasir dünyada hər bir insanı valideyn edən tibbi üsul - süni və ekstrokorporal mayalanma metodu geniş tətbiq olunur ki, qanun layihəsi də məhz bu tələblər çərçivəsində hazırlanıb.

Daha ciddi problemlər də mövcuddur, məsələn, bir çox ailələrdə qadınların reproduktiv sağlamlıq hüquqlarının qorunmaması, ailə üzvlərinin istəyinə əsasən qadının hamiləliyini süni şəkildə dayandırmağa məcbur edilməsi, bəzən də qadının yalnız qız uşaqları dünyaya gətirdiyi üçün tərk edildiyi hallar bu sənədin qəbulu ilə problemin hüquqi tənzimlənməsini vacib edir. Qanunun əsas özəlliyi də bu problemin həllində ailə planlaşdırmasının əlavə mexanizm kimi təsbit olunmasıdır.