Böyük Britaniya kralı DJ oldu - FOTO

Böyük Britaniya kralı III Çarlz musiqi ilə məşğul oldu.

Böyük Britaniya kralı DJ oldu - FOTO
Böyük Britaniya kralı III Çarlz musiqi ilə məşğul oldu.

meqale.com-ın xarici mətbuata istinadən xəbərinə görə, krallığın "Instagram" səhifəsində o, özünün "The King's Music Room" adlı podkastının istifadəyə verildiyini elan edib. Bu, kral üçün bir növ musiqi otağıdır, burada o, sevdiyi musiqini pərəstişkarları ilə bölüşəcək.

Podkast Britaniya Millətlər birliyinin bayramı olan Birlik üününü qeyd etmək üçün istifadəyə verilir. Hər il martın ikinci bazar ertəsi qeyd olunur.

Pleylist musiqi, ifaçılar və seçilmiş mahnıların nə ilə əlaqəli olduğu haqqında kralın hekayələri və lətifələri ilə kəsişəcək. Martın 10-da Apple Music-də yayımlanır.