"Böyük Dəbilqə": Daha bir cüdoçumuz qızıl medal qazandı
Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə daha bir Azərbaycan cüdoçusu gümüş medal qazanıb.
Camal Qamzatxanov (+100 kq) finalda tacikistanlı cüdoçu Temur Rakimova "ippon"la məğlub olub və gümüş medalla kifayətlənib.
Bürünc medal uğrunda mübarizə aparan Kənan Nəsibov (+100 kq) isə özbəkistanlı Utkirbek Turoboyevə uduzub.