BQXK-dan saxlanılan Azərbaycan hərbçisi ilə bağlı AÇIQLAMA
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisi Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı aidiyyəti orqanlarla konfidensial ikitərəfli dialoq aparır.
meqale.com xəbər verir ki, bu barədə BQXK-nin Bakı ofisinin "X" sosial media hesabında qeyd edilib.
"Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə rəftar və saxlanma şəraitinə nəzarət etmək və həmin şəxslərin ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq üçün onlara baş çəkir", -deyə bildirilib.