Braziliyada zavodda partlayış - Ölənlər var
Braziliyada partlayıcı məhsullar istehsal edən zavodda partlayış baş verib.
meqale.com xəbər verir ki, bu barədə Parana ştatının qubernatoru Ratinyo Junior X hesabında məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində doqquz nəfər həyatını itirib.
"Kuatru-Barrasda baş verən partlayışda həlak olan doqquz nəfərə görə dərin təəssüf hissi keçirirəm", - deyə o yazıb.