Braziliyalı futbolçunu ildırım vurub öldürdü - VİDEO
Braziliyada keçirilən oyun zamanı meydançaya ildırım düşüb.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, ildırım vuran 21 yaşlı futbolçu Kaio Henrike həyatını itirib. 6 futbolçu isə xəsarət alıb.
Hadisə "Unidos de Santo Antanio da Platina" və "Uniao Japirense de Japira" komandaları arasında "Xose Eleuterio da Silva" stadionunda keçirilən Regional Həvəskar Futbol Kubokunun ilk yarısında baş verib.
Yaralı futbolçular Santo Antonio de Platina Regional Xəstəxanasında müalicə olunublar. Futbolçulardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun