Bred Pitt sevgilisi ilə gizli görüntüləndi - FOTO
Hollivud ulduzu Bred Pitt və sevgilisi, zərgərlik dizayneri İnes de Ramon Beverli Hillsdə görüşərkən görüntülənib.
meqale.com axşam.az-a istinadən bildirir ki, cütlük kinorejissor Bennett Millerin sərgisinin olduğu "Gagosian" İncəsənət Qalereyasını ziyarət etmək qərarına gəlib.
Paparasilər cütlüyün qara rəngli lüks avtomobilidən düşərkən fotolarını çəkib. Keçən dekabrda 60 yaşı tamam olan Hollivud aktyoru cins şalvar və qəhvəyi dəri gödəkçə, 33 yaşlı İnes isə dar dəri şalvar, ağ top və yun hırka geyinib.