Britaniya bu ölkəyə hərbi gəmi göndərəcək

Britaniyaya məxsus döyüş gəmisi Qayana sahillərinə doğru üzəcək.

Britaniya bu ölkəyə hərbi gəmi göndərəcək
Britaniyaya məxsus döyüş gəmisi Qayana sahillərinə doğru üzəcək.

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti məlumat yayıb.

Məlumatın görə, "Trent" patrul gəmisi London tərəfindən Venesuelanın ərazi iddiaları ilə üzləşən keçmiş Britaniya koloniyasına dəstək nümayişi olaraq Cənubi Amerikaya göndəriləcək.

Qəzetin yazdığına görə, top və pulemyotlarla silahlanmış "Trent" əsasən terrorla mübarizə təlimlərində istifadə olunur, həmçinin dəniz quldurluğu və qaçaqmalçılığın qarşısının alınması əməliyyatlarında iştirak edir. Gəmi adətən Aralıq dənizində işləyir. Heyəti 65 nəfərdən ibarət gəmiyə helikopter də yerləşə bilər.