Britaniya səfiri İran XİN-ə çağırıldı

Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerklif İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Britaniya səfiri İran XİN-ə çağırıldı
Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerklif İran Xarici İşlər Nazirliyinə çağırılıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Onun Londonun Amerika sanksiyalarından yayınmaqda ittiham olunan İran vətəndaşını ABŞ hakimiyyət orqanlarına təhvil vermək qərarı ilə bağlı çağırıldığı qeyd olunub.

"Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin baş direktoru İran vətəndaşının qanunsuz saxlanılması və ABŞ-yə ekstradisiyası ilə əlaqədar İran İslam Respublikasına kəskin etirazını bildirib. İranlının saxlanılması ilə bağlı məlumat aldıqdan sonra XİN Tehran və Londonda diplomatik kanallar vasitəsilə onun azad edilməsi üçün danışıqlar etməyə cəhd edib və onun azad edilməsi üçün səylər davam etdirilir", - nazirlik əlavə edib.