Britaniyalı qadın çardaqdakı sınıq qab-qacaqla sərvət qazandı - FOTO
Böyük Britaniya sakini Cil Stüart 20 ildən artıqdır çardaqda qalan Çin qablarını hərraca çıxararaq sərvət qazanıb.
meqale.com oxuya istinadən xəbər verir ki, o, bir qutu qırıq qab-qacağı 200 min funta satıb.
Məlumata görə, Stüartın qab-qacaq qutusunu 20-ci əsrin əvvəllərində Çinə səfər edən babası miras qoyub. Qab-qacaq gündəlik həyatda istifadə edilməyib, çünki səfər zamanı zədələndiyinə görə yararsız olub.
Britaniyalı qadın sınmış fincan və boşqabları atmaq haqqında belə düşünüb, lakin son anda fikrindən daşınaraq onu hərraca çıxarıb.