Britni Spirs yeni boşandığı əri ilə barışıb?

Müğənni Britni Spirs səs-küylü boşandıqdan sonra keçmiş əri Sem Asqari ilə münasibətlərini düzəldə bilib.

Britni Spirs yeni boşandığı əri ilə barışıb?
Müğənni Britni Spirs səs-küylü boşandıqdan sonra keçmiş əri Sem Asqari ilə münasibətlərini düzəldə bilib.

meqale.com oxuya istinadən bildirir ki, Spirs və Asqari hazırda dostdurlar. Fitnes məşqçisi hələ də müğənninin ayda 10 min dollar ödədiyi Los-Ancelesdəki hündürmərtəbəli binada yaşayır.

İnsayderlər, ulduzun boşanmanı tamamlamaq üçün Semə böyük bir məbləğdə çek yazmağı planlaşdırdığını da qeyd etdilər.

Qeyd edək ki, Britni Spirs "İçimdəki qadın" adlı memuarında Asqarini "Allahın hədiyyəsi" adlandırıb. Kitab boşanma prosesi başlamazdan əvvəl yazılıb.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun