Brüs Uillis uzun müddətdən sonra - FOTO

Demensiya xəstəliyindən əziyyət çəkən tanınmış amerikalı aktyor Brüs Uillis uzun müddət sonra yenidən görüntülənib.

Brüs Uillis uzun müddətdən sonra - FOTO
Demensiya xəstəliyindən əziyyət çəkən tanınmış amerikalı aktyor Brüs Uillis uzun müddət sonra yenidən görüntülənib.

meqale.com bizim.media-ya istinadən bildirir ki, 69 yaşlı ulduz aktyorun görüntülərini "Daily Mail" yayıb. 

Bildirilir ki, o, Hollivud yaxınlığında avtomobildə səyahət edərkən kameraların obyektivinə tuş gəlib.  Şahidlərin sözlərinə görə, B.Uillisi cangüdənləri müşayiət edib.  Xatırladaq ki, 2022-ci ilin yazında Brüs Uillisin ailəsi onun aktyorluq karyerasını başa vurduğunu açıqlayıb. Buna səbəb onun nitq pozğunluğuna səbəb olan nevroloji xəstəlikdən, eləcə də demensiyadan əziyyət çəkməsi olub.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun