BTQ Boneyra xalqının öz müqəddəratını təyin etmə axtarışında dəstəkləyir - Cun Sumer
Bakı Təşəbbüs Qrupu Boneyra xalqının öz müqəddəratını təyin etmə axtarışında dəstəkləyir.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu BMT-də Afrikaəsilli İnsanlar üzrə Daimi Forumun üzvü Cun Sumer (June Soomer) jurnalistlərə açıqlamasında deyib.
"Xalqa öz müqəddəratını təyin etmək imkanı vermək üçün Bakı Təşəbbüs Qrupunu, eləcə də Boneyra qrupunu dəstəkləmək mənim üçün vacibdir. Onlar bu imkandan məhrum ediliblər. Ona görə də insanlara səs verən bir qurumun bura gəlib Boneyrada baş verənləri bütün dünyaya çatdırması məncə zəruridir", - o deyib.
Onun sözlərinə görə, BMT-nin Afrika mənşəli insanlar üzrə Daimi Forumu bütün dünyada Afrika əsilli insanların iqtisadi, siyasi, sosial və ya başqa cür bərabərlikdən istifadə etməsini təmin etmək üçün nəzərdə tutulub.
"Bizim mandatımıza müstəmləkəçiliklə bağlı istənilən məsələyə dair BMT və İnsan Hüquqları Şurasına hesabat vermək daxildir. Beləliklə, biz bunun Afrika əsilli insanlara necə təsir etdiyini öyrənirik", - Cun Sumer əlavə edib.