Bu ağac ilin 12 ayında meyvə verir - Sahibini milyoner etdi - FOTO
Antalyanın Aksu qəsəbəsində yaşayan Mustafa Uysalın arvadının istəyi ilə Tailanddan papaya ağacının toxumlarını sifariş etdiyi gündən həyatı dəyişib.
meqale.com lente istinadən xəbərinə görə, ailə bu məhsuldar bitki sahəsində öz biznesini qurub və sərvət qazanıb.
Xüsusi növ toxumdan yetişən papaya meyvəsinin biri 1-7 kiloqram ağırlığında olur. Papayanı yaşıl halda tərəvəz bitkisi, yetişmiş halda meyvə olaraq yeyirlər. Ondan müxtəlif salatlar, yeməklər və mürəbbə hazırlamaq olur.
Hazırda Uysal ailəsi sayı 200-ü ötmüş hər ağacdan bir dəfəyə 60 kilo meyvə götürür. Ailə bu meyvələri İraq, Gürcüstan, Rusiya və Bolqarıstana ixrac edir.