Bu da “Qəbələ”nin çempionluq sevinci - VİDEO
21:38
Xəbər verdiyimiz kimi, bu gün "Qəbələ" komandası 1-ci liqada çempionluğu təmin edib.
meqale.com xəbər verir ki, Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komanda 23-cü turda MOİK üzərində bugünkü qələbədən (1:0) sonra xalını 58-ə yüksəldib. Beləliklə, yarışın bitməsinə 4 tur qalmış onlar ən yaxın izləyicisi "İmişli" ilə xal fərqini 14-ə yüksəldib. Bu o deməkdir ki, "Qəbələ" son 4 oyunda uduzsa belə liderliyi əldən verməyəcək.
"Qəbələ"nin çempionluq sevinvinin əks olunduğu videonu təqdim edirik.
-------- 20:19 "Qəbələ" Azərbaycan I Liqasında çempionluğu rəsmiləşdirib.
meqale.com xəbər verir ki, bu XXIII turda baş tutan MOİK-lə oyundan sonra reallaşıb.
Bölgə təmsilçisi doğma meydanda "hərbçiləri" 1:0 hesabı ilə üstələyərək mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib.
"Qəbələ"nin heyətində Elşad Tağıyev 90+7-ci dəqiqədə penaltidən fərqlənib.