Bu dərslikdə dəyişiklik ediləcək
Kimya dərsliyində dəyişiklik edilməsi gözlənilir. Bu, artıq 5-6-cı siniflərdə təbiət fənni tədris olunması ilə əlaqədardır.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Şöbə müdiri bildirib ki, bu il 60-a yaxın məktəbdə yeni kimya, fizika, biologiya, coğrafiya dərsliklərinin pilot layihəsi aparılır:
"İl ərzində təkmilləşdirmələr aparılacaq. Növbəti ildən 7-ci siniflər yeni kimya dərsliyindən istifadə edəcəklər".
Xəbər yenilənəcək