Bu gün üçün şəhidlərimizə, qazilərimizə, Prezident İlham Əliyevə minnətdarıq - Laçın sakini

Bu gün çox xoş və əziz günümüzdür.

Bu gün üçün şəhidlərimizə, qazilərimizə, Prezident İlham Əliyevə minnətdarıq - Laçın sakini
Bu gün çox xoş və əziz günümüzdür.

meqale.com xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Laçın sakini Qaçay Vəliyev deyib.

"Belə gözəl gün üçün ordumuza, şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandan Prezident İlham Əliyevə minnətdarıq. Bizim daha xoş günlərimiz bundan sonra başalayır. Qarabağı yenidən qurub, yaşayıb, yaradacağıq" - deyə o, bildirib.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri Ermənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb. meqale.com 

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun