Bu hücum cəzasız qalmayacaq - Rusiya MN
Biz vurğulayırıq ki, Rusiya Silahlı Qüvvələri yalnız hərbi obyektlər və onlarla birbaşa əlaqəli infrastrukturlar üzərində işləyir.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfinin Belqoroda raket zərbələri endirməsini şərh edərkən deyib.
"Biz bu şəkildə hərəkət etməyə davam edəcəyik. Bu hücum cəzasız qalmayacaq", - Rusiya Müdafiə Nazirliyi bildirib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Belqorodun mərkəzinə endirdiyi zərbələr nəticəsində 14 nəfər ölüb, 108 nəfər isə yaralanıb.