Bu il Şuşa, Laçın, Zəngilan və Ağdərədə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək
Bu prezident seçkilərində öncəki seçkilərlə müqayisədə xaricdə səs verən vətəndaşlarımızın sayı iki dəfə çox oldu.
meqale.com APA-ya istinadən bildirir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.
Məzahir Pənahov deyib ki, bu, MSK və Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı nəticəsində mümkün olub: "Bu, bizim üçün tarixi seçki idi. Çünki birinci dəfə beynəlxalq səviyyədə ölkənin tanınan bütün ərazilərində keçirilirdi".