Bu istiqamətlərə əlavə qatar reysləri təyin olundu

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə 3 yanvar tarixində Bakıdan Qəbələyə və Qəbələdən Bakıya əlavə qatar reysləri təyin edib.

ADY-dən meqale.com-a verilən məlumata görə, 30 dekabr tarixində də bu marşrut üzrə hər iki istiqamətə qatar reysləri təşkil ediləcək.

Eyni zamanda, 31 dekabrda Bakıdan Qəbələyə, 2 yanvarda isə əks istiqamətdə əlavə qatar hərəkətdə olacaq.