Bu, Kremlin mənasız təbliğatıdır - ABŞ
Kremlin "Krokus Siti Holl"dakı teraktı Kiyevlə əlaqələndirməsi mənasız təbliğatdan başqa bir şey deyil.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Con Kirbi deyib.
O bildirib ki, Rusiya tərəfinin bu yöndə açıqlamaları cəfəngiyyatdır və bu hücuma görə məsuliyyəti İŞİD daşıyır.
Kirbi bir daha xatırladıb ki, ABŞ teraktla bağlı öncədən Rusiya təhlükəsizlik orqanlarına xəbərdarlıq məktubu ünvanlamışdı.