Bu maşınların idxalına 25 faiz rüsum qoyuldu

ABŞ noyabrın 1-dən başlayaraq xaricdən gətirilən orta və iri tonnajlı yük maşınlarına 25 faizlik gömrük rüsumu nəzərdə tutur.

Bu maşınların idxalına 25 faiz rüsum qoyuldu
ABŞ noyabrın 1-dən başlayaraq xaricdən gətirilən orta və iri tonnajlı yük maşınlarına 25 faizlik gömrük rüsumu nəzərdə tutur.

meqale.com xəbər verir ki, Prezident Donald Tramp bu qərarı "Truth Social" platformasında açıqlayıb. Əvvəlcə tariflərin oktyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılsa da, tarix dəyişdirilib.

Trampın sözlərinə görə, bu qərar yerli istehsalçılar "Peterbilt", "Kenworth", "Freightliner" və "Mack Trucks" kimi şirkətlərin maraqlarını qorumaq məqsədi daşıyır.