Bu məsələdə də Azərbaycana uduzduq - Davtyan

Ermənistan "Şimal-Cənub" meqaproqramından sıxışdırılır. Təəssüf ki, belə böyük layihədən kənarda qalacağıq.

Bu məsələdə də Azərbaycana uduzduq - Davtyan
Ermənistan "Şimal-Cənub" meqaproqramından sıxışdırılır. Təəssüf ki, belə böyük layihədən kənarda qalacağıq.

meqale.com Globalinfo.az-a isitinadla xəbər verir ki, bunu erməni enerji təhlükəsizliyi üzrə ekspert, iqtisadçı Vahe Davtyan deyib.

İqtisadçı artıq bu məsələdə Moskva və Tehranın da fikrinin bəlli olduğunu deyib:

"İranın Energetika Nazirliyi İran-Azərbaycan-Rusiya elektrik dəhlizinin tikintisinin başa çatmaq üzrə olduğunu elan edib. Bu, tərəflərə elektrik enerjisinin geri axınını təmin etmək imkanı yaradır. Beləliklə Ermənistan "Şimal-Cənub" meqaproqramından kənarda qoyulur. Proses tamamilə Rusiya və İranın geoiqtisadi maraqlarına uyğun həyata keçirilir ki, onların da mövqeyi aydındır. Yəni biz bu məsələdə də Azərbaycana udzuduq.