Bu ölkə Ermənistanda diplomatik nümayəndəlik açacaq
Kipr Ermənistan paytaxtı İrəvan şəhərində diplomatik nümayəndəlik açacaq.
meqale.com APA-ya istinadən bildirir ki, bunu Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Qeyd edək ki, dünən Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos Ermənistana iki günlük rəsmi səfərə gedib.
Bu gün Ermənistan və Kiprin xarici işlər nazirlərinin görüşü baş tutub. Tərəflər ölkələrarası münasibətləri və regional məsələləri müzakirə edib.