Bu ölkə İsrailə “Leopard” tankları verəcək

Almaniya İsrailə öz ehtiyatlarından ödənişsiz silah verə bilər.

Bu ölkə İsrailə “Leopard” tankları verəcək
Almaniya İsrailə öz ehtiyatlarından ödənişsiz silah verə bilər.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Almaniyanın "Bild" qəzetində məlumat dərc olunub.

Qeyd olunub ki, bu qərar Almaniyanın 2024-cü il üzrə federal büdcə layihəsində təsdiqlənəcək.

"Bu zəruridir və hazırki vəziyyətdə doğrudur", - məlumatda deyilir.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun