Bu ölkə paytaxtını adaya köçürür
İndoneziya parlamenti paytaxtın Cakartadan köçürülməsini təsdiqləyib.
meqale.com Unikal-a istinadən xəbər verir ki, İndoneziya prezident Coko Vidodo paytaxtın köçürüləcəyini açıqlayıb.
Bataqlıq ərazidə inşa edildiyi üçün sürətlə çökən paytaxt Cakarta ölkənin "iqtisadi mərkəzi" elan edilib.Borneo adasındakı yeni paytaxt Nusantaranın yenidən qurulmasının isə təxminən 32 milyard dollara başa gələcəyi gözlənilir. Yeni paytaxtın ekoloji cəhətdən təmiz və yaşıl şəhər kimi dizayn ediləcəyi bildirilib.