Bu ölkə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Avstraliya Rusiyaya qarşı yeni sanksiyalar paketi təqdim edib.
meqale.com xəbər verir ki, Xarici işlər naziri Penni Vonq bildirib ki, məqsəd Rusiyanın hərbi iqtisadiyyatını zəiflətməkdir. Avstraliya Rusiyada fəaliyyət göstərən jurnalistlərə, iri müəssisələrin rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
Yeni sanksiyalar 37 nəfərə və 7 təşkilata qarşı tətbiq olunub, həmçinin bu şəxslərə Avstraliyaya giriş qadağan edilib və maliyyə məhdudiyyətləri qoyulub.