Bu ölkə “TikTok”u qadağan edəcək
Cənubi Asiya ölkələrindən biri olan Nepal Çin mərkəzli sosial media tətbiqi "TikTok"u mənfi təsirləri səbəbindən qadağan etmək qərarına gəlib.
meqale.com Trend-ə istinadən bildirir ki, son dörd ildə Nepalda "TikTok" ilə bağlı 1600-dən çox kibercinayət hadisəsi qeydə alınıb.
Nepalın rabitə və informasiya texnologiyaları naziri Rexa Şarma "TikTok"un qadağan edilməsi qərarının bazar ertəsi səhər saatlarında keçirilən kabinet iclasında qəbul edildiyini söyləyib.
"Texniki olaraq onu bağlamaq üçün səylər göstərilir", o deyib.
Qeyd edək ki, Nepal Telekommunikasiya Təşkilatının prezidenti Puruşottam Xanal internet provayderlərindən "TikTok" tətbiqini bloklamağı istədiyini açıqlayıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun