Bu ölkə Ukraynaya 1400 ədəd PUA göndərəcək

Latviya Ukraynaya təhvil verilməsi üçün pilotsuz uçuş aparatlarının (PUA) ən böyük partiyasının hazırlanmasını başa çatdırıb.

Bu ölkə Ukraynaya 1400 ədəd PUA göndərəcək
Latviya Ukraynaya təhvil verilməsi üçün pilotsuz uçuş aparatlarının (PUA) ən böyük partiyasının hazırlanmasını başa çatdırıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds deyib.

"Latviya istehsalçılarına məxsus pilotsuz təyyarələrin ən böyük partiyası Ukraynaya göndərilmək üçün hazırlanıb - 1400 PUA", - o bildirib.

Qeyd edək ki, Latviya Ukrayna hakimiyyətinə təhvil verilməsi üçün təxminən 2,7 min pilotsuz təyyarə alıb.