Bu ölkədə fişəng atmaq qadağan edildi - SƏBƏB
Hindistanın Yeni Dehli şəhərində qışda havanın keyfiyyətinin təhlükəli səviyyəyə çatacağı proqnozu ilə əlaqədar "Diwali" festivalı ərəfəsində fişəng atılmasına qadağa qoyulub.
meqale.com lente istinadən bildirir ki, bu barədə paytaxtın ətraf mühit naziri bildirib.
Nazir Qopal Rai mətbuat konfransında "Dehlidə istənilən növ fişəngin istehsalı, saxlanması, satışı, onlayn çatdırılması və partladılması tamamilə qadağandır" deyib və əlavə edib ki, polisə atəşfəşanlıq üçün lisenziyaların verilməsini dayandırmaq tapşırılıb.
Qeyd edək ki, "Diwali" festivalında fişənglərdən istifadə adi haldır. Festivalın bu il noyabrın ortalarında keçirilməsi planlaşdırılır.