Bu ölkədə ildırım vurması nəticəsində azı 20 nəfər ölüb
Hindistanın qərbindəki Qucarat ştatında son 24 saat ərzində ildırım vurması nəticəsində azı 20 nəfər ölüb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması üzrə Dövlət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, buna səbəb qeyri-adi güclü tufanlar olub.
"Ştatın müxtəlif şəhərlərində əlverişsiz hava şəraiti və ildırım çaxması nəticəsində çoxlu sayda insan ölüm xəbəri məni dərindən kədərləndirib. Bu faciədə yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verirəm", - Hindistanın daxili işlər naziri Amit Şah bildirib.