Bu ölkədə minlərlə insan xəstəxanalıq oldu - FOTO

 İranda hava çirkliliyinə görə minlərlə insan xəstəxanalıq olub.

Bu ölkədə minlərlə insan xəstəxanalıq oldu - FOTO
 İranda hava çirkliliyinə görə minlərlə insan xəstəxanalıq olub.

meqale.com xəbər verir ki. bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Xuzistan əyalətinin Əhvaz Cundişapur Universitetinin prorektoru Meysəm Muazi deyib:

"Havanın çirkləməsi nəticəsində tənəffüs sistemində yaranan simptomlar nəticəsində təqribən 2500 nəfər noyabrın 7-dən 11-dək Xuzistanda universitetin nəzdindəki tibb mərkəzlərinə müraciət edib. Xəstələrin çoxu ambulator müalicə alıb və 10%-i xəstəxanaya yerləşdirilib".

Məlumata görə noyabrın 10-da havanın çirklənməsi səbəbindən xəstəxanalara müraciət edən insanların sayı əvvəlki günlərlə müqayisədə 40% artıb. 

Qeyd edək ki, insanlara, xüsusilə də həssas qruplarda olanlara hava çirkliliyinin intensiv olduğu günlərdə mümkün qədər evlərini tərk etməmələri tövsiyə edilib.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun