Bu ölkədə onlayn nikaha daxil olmağa icazə verildi
Ukraynada ölkə sakinləri onlayn nikaha girə biləcəklər.
meqale.com oxuya istinadən bildirir ki, bu barədə rəqəmsal transformasiya naziri Mixail Fedorov məlumat verib.
Onun sözlərinə görə, bunu "Diye" elektron dövlət xidmətləri servisindən istifadə etməklə həyata keçirmək mümkün olacaq.
"Bu, bütün dünya üçün unikal olacaq. Bu, hərbçilərimizin uzaqdan evlənməsinə şərait yaradacaq", - o bildirib.
O, xidmətin təhlükəsiz olduğunu vurğulayıb. Hər şey video formatında həyata keçiriləcək.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun