Bu ölkədən qərar: Ukraynaya "Patriot" verilir

Rumıniyanın Ali Müdafiə Şurası "Patriot" hava hücumundan müdafiə sisteminin Ukraynaya verilməsi barədə qərar qəbul edib.

Bu ölkədən qərar: Ukraynaya
Rumıniyanın Ali Müdafiə Şurası "Patriot" hava hücumundan müdafiə sisteminin Ukraynaya verilməsi barədə qərar qəbul edib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Prezident Administrasiyasının saytında məlumat yayılıb.

"Müttəfiqlərlə sıx koordinasiya aparan Şura üzvləri Ukraynada təhlükəsizlik vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsini, eləcə də bu vəziyyətin regional nəticələrini, o cümlədən Rumıniyanın təhlükəsizliyini nəzərə alaraq, "Patriot" sistemini Ukraynaya təhvil vermək qərarına gəliblər", - bəyanatda deyilir.