"Bu, ölkəmiz enerji böhranı ilə üzləşəndə ​​baş verdi"

Moldova qazı Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə idxal edib və bundan sonra da qaz almaqda maraqlıdır.

Moldova qazı Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə idxal edib və bundan sonra da qaz almaqda maraqlıdır.

Bunu Trend-ə eksklüziv müsahibəsində Moldova Respublikasının Energetika Nazirliyinin dövlət katibi Konstantin Borosan deyib.

O, Moldovanın bu qaz kəmərindən istifadə edən ilk ölkə olduğunu vurğulayıb.

"Bu, ölkəmiz enerji böhranı ilə üzləşəndə ​​baş verdi. Biz təbii qazı alternativ bazarlarda axtarmalı olduq. IGB 2022-ci ilin oktyabrında kommersiya istifadəsinə verildi. Oktyabrın sonu və ya noyabrın əvvəlində Moldovanın Energocom dövlət şirkəti artıq bu qaz kəmərindən istifadə edən ilk şirkət oldu", - deyə o, izah edib.

Qaz həcmlərinə gəlincə, Borosan Moldovanın İGB-dən təxminən 200 milyon kubmetr qaz aldığını bildirib.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.