Bu qadını görənlər polisə XƏBƏR VERSİN - FOTO

Ötən gün Qaradağ rayon Lökbatan qəsəbəsində qadın yoxa çıxıb.  

Bu qadını görənlər polisə XƏBƏR VERSİN - FOTO
Ötən gün Qaradağ rayon Lökbatan qəsəbəsində qadın yoxa çıxıb.  

meqale.com bildirir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, Alzheimer xəstəsi olan 69 yaşlı Səriyyə Əkbərova ötən gün Lökbatan qəsəbəsi massiv 1 ünvanından yoxa çıxıb. 

O, evdən çıxarkən əynində qara rəngli don, qəhvəyi gödəkçə və qara ayaqqabı olub. Yaxınları hadisə barədə polisə məlumat verib. Qadını görənlərdən polisə məlumat vermələri xahiş edilir.