Bu qaydalara əməl etsəniz Qarabağa səfər edə biləcəksiniz - VİDEO

İşğaldan azad edilən ərazilərə səfər asanlaşdırırlır.

Bu qaydalara əməl etsəniz Qarabağa səfər edə biləcəksiniz - VİDEO
İşğaldan azad edilən ərazilərə səfər asanlaşdırırlır.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, dekabrın 27-dən Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə fərdi minik avtomobiləri ilə getmək mümkün olacaq.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Dövlət Turizm Agentliyinin birgə açıqlamasında bildirilir.

Səfərlərin nizamlı təşkili və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin dövrdə gün ərzində Şuşaya 80, Suqovuşana isə 60 minik avtomobilinin səfər etməsinə icazə verilməsi nəzərdə tutulur. Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla "Zəfər Yolu" ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy rayonlarından keçməklə mümkün olacaq.

Daha ətraflı videomaterialı təqdim edirik: