Bu qızı görənlər polisə xəbər versin
Xızı rayonunun Sitalçay kəndində yaşayan 18 yaşlı Günəş Allahverdiyeva 2024-cü ilin iyunun 29-da yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.
meqale.com xəbər verir ki, bu barədə DİN-dən bildirilib
Onun əlamətləri belədir: Boyu təxminən 164 sm., kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi.
Hicablı qızın evdən çıxarkən əynində göy rəngli uzun paltar və qara rəngli əl çantası olub.