Bu rayonda 27 nəfər qızılcaya YOLUXDU
Qusarda 27 nəfər qızılcaya yoluxub.
meqale.com xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anjela Zalovanın Bizim.Media-ya verdiyi məlumata görə, onlardan 24-ü məktəblidir.
Qusar Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadirşah Şirinov da faktı təsdiqləyib. Onun sözlərinə görə, qızılcanın yayılmaması üçün rayon mərkəzi xəstəxanası və təhsil sektoru ilə birgə qabaqlayıcı tədbirlər görülür.