Bu rayonda su kəsildi
Ağsu-Külüllü-Kürdəmir magistral su kəmərində qəza baş verib.
meqale.com xəbər verir ki, hadisə Ağsu-Bəhrəmtəpə avtomobil yolunun 33 kilometrliyində, Kürdəmirin Atakişili kəndi ərazisində qeydə alınıb.
Kürdəmirin şəhər mərkəzi də daxil olmaqla, yaxın kəndlərə içməli suyun verilişi dayanıb. Qəzanın aradan qaldırılması üçün əraziyə ağır texnika və işçi qüvvə cəlb edilib.
İlkin mərhələdə qazma işləri görülüb, qəzanın başvermə nöqtəsi aşkarlanıb. Hazırda borunun yararsız vəziyyətə düşən hissəsinin dəyişdirilməsi üçün işlər görülür.
Xatırladaq ki, ümumi uzunluğu 27 kilometr olan magistral su xətti 2013-cü ildə istismara verilib.