Bu rayonlarda narkotik vasitələr məhv edildi

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib.

Bu rayonlarda narkotik vasitələr məhv edildi
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib.

Bu barədə meqale.com-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun ayrı-ayrılıqda Astara, Cəlilabad, Biləsuvar, Lənkəran və Masallı şəhər/rayon komissiyalarının birgə təşkilatçılığı ilə qeyd olunan rayonlarda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyaları tərəfindən ümumilikdə 224 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorları yandırılma yolu məhv edilməsi həyata keçirilib.