Bu sahələrə görə 17 milyon manat ƏDV məbləği geri qaytarılıb - VİDEO
Bu günə qədər Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinə görə 4 761 müraciət üzrə 17,2 milyon manata yaxın ƏDV məbləği vətəndaşlara geri qaytarılıb.
meqale.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, vətəndaşların aldığı əmlaka görə ödənilmiş ƏDV-nin qaytarılması zamanı bir sıra hallarda ərizələrdə bank rekvizitlərinin yanlış göstərilməsi və yaxud hesabların başqa şəxslərə aid olması kimi faktlara rast gəlinir. Bu isə ƏDV məbləğinin bir hissəsinin göstərilən hesablara köçürülməsi zamanı problemlər yaradır. Nəticədə, yaranmış çətinliklər əlavə inzibati yükə səbəb olur və vətəndaş məmnuniyyətinin azalmasına gətirir.