Bu seçkilər Azərbaycanın gələcək siyasi tarixini müəyyən edəcək - Türk professor
Fevralın 7-də keçiriləcək Prezident seçkilərinin nəticəsi Qarabağ zəfəri ilə əldə edilən uğurların qorunub saxlanılması, Azərbaycanın təhlükəsizliyinin təmin olunması baxımından çox əhəmiyyətli olacaq. Seçkilər bir növ Azərbaycanın gələcək siyasi tarixini də müəyyən edəcək.
meqale.com xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Türkiyə Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.
O bildirib ki, Qarabağ zəfəri Azərbaycan üçün yeni eranın başlanması deməkdir. Azərbaycan 30 il beynəlxalq qurumlar və qlobal güclər tərəfindən ədalətli yanaşma görməyib: "Qarabağ Qələbəsi ilə Azərbaycan ədaləti gücü hesabına təmin edən, işğal altında olan torpaqlarını azad edən, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən bir ölkə kimi özünü dünyaya tanıdıb. Xarici siyasətdə Azərbaycan hazırda regional sülhün və sabitliyin təmin olunmasına çalışır, Türk Dünyasında aparıcı rol oynayır, enerji sahəsində Avropa İttifaqı ilə əməkdaşlıq edir, Qoşulmama Hərəkatına rəhbərlik edir, bir sözlə regionda etibarlı və güclü dövlət olduğunu bir daha sübut edir. Azərbaycan Türkiyə ilə ittifaqda olan və qlobal problemlərə qarşı öz sözünü deyən bir ölkəyə çevrilib".