Bu şəhərdən Bakıya uçuşlar bərpa edildi

Rusiyanın "S7" aviaşirkəti martın 7-dən ölkənin Novosibirsk şəhərindən Bakıya uçuşları bərpa edib.

Bu şəhərdən Bakıya uçuşlar bərpa edildi
Rusiyanın "S7" aviaşirkəti martın 7-dən ölkənin Novosibirsk şəhərindən Bakıya uçuşları bərpa edib.

meqale.com axar.az-a istinadən bildirir ki,  bu barədə aviaşirkət məlumat yayıb.

Bildirilir ki, uçuşlar hələ ki, həftədə bir dəfə - cümə axşamı günləri həyata keçirilir. Aprelin 3-dən isə aviareyslər həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.