Bu şəxslərə ödənişlərin verilməsinə başlanılıb

19-20 sentyabrda Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların və DİN əməkdaşlarının ailə üzvlərinə ödənişlərin verilməsinə başlanılıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov "Sosial tərəfdaş" adlanan yeni layihənin təqdimatı zaman deyib.

O qeyd edib ki, həmin şəxslərə ödənişlərin edilməsi üçün sənədlər fondun əməkdaşları tərəfindən toplanılıb və operativ şəkildə ödənişlər təyin edilir.

"Həm şəhid olan hərbi qulluqçuların, həm də DİN əməkdaşlarının ailə üzvlərinə təqaüd ödənişləri tam şəkildə həyata keçirilir. Dövlət icbari şəxsi sığorta ödənişləri isə şəhid ailəsi üzvlərinə demək olar ki, 70-80 faizinə təyin olunub.