Bu sosial şəbəkədə problemlər yarandı
Bir sıra ölkələrdə "X" sosial şəbəkəsinin işində fasilələr yaranıb.

Bu barədə “Downdetector” saytında məlumat verilib.
Bildirilib ki, ən çox şikayət ABŞ-dən gəlib.
Problem Böyük Britaniya, Fransa və Almaniyadan olan istifadəçilər tərəfindən də yaşanıb.