Bu tarixlərdə magistral yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, qar yağır.
meqale.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat daxil olub.
Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Sarıbaş (Qax), İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Quba, Qusar, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Hacıqabul, Lənkəran, Yevlax, Kürdəmir, Neftçala, Sabirabad, Yardımlı, Beyləqan, Cəfərxan, Biləsuvar, Astara, Şahdağ və Qrızda qar yağır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 4 dərəcəyədək şaxta, Aran rayonlarında 2 dərəcəyədək şaxta, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta olub.
Yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında 14-ü axşamadək, bölgələrdə isə 15-i səhərədək davam edəcək.