Bu universitetdə yeni təyinatlar oldu - FOTO

Sumqayıt Dövlət Universitetində yeni təyinatlar olub.

Bu universitetdə yeni təyinatlar oldu - FOTO
Sumqayıt Dövlət Universitetində yeni təyinatlar olub.

meqale.com report-a istinadən xəbər verir ki, Könül Abbaslı və Elşad Abdullayev rektorun müşavirləri, Nəsibə Əmirbəyova isə Karyera və məzunlarla iş mərkəzinin müdiri təyin ediliblər.

Qeyd edək ki, Könül Abbaslı pedaqogika üzrə fəlsəfə doktorudur. Azərbaycan Təhsil İnstitutunun direktor müavini vəzifəsində çalışıb. Pedaqoji fəaliyyətini ADA Universitetində davam etdirir.

Elşad Abdullayev 2009 - 2018-ci illərdə Radiasiya Problemləri İnstitutunda ardıcıl olaraq kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2019 - 2023-cü illərdə Bakı Mühəndislik Universitetində Pedaqoji fakültənin dekanı vəzifəsində çalışıb.