Bu yollar da buz bağladı - Xəbərdarlıq
Ölkə ərazisində güclü küləklə müşahidə olunan qarlı hava yol hərəkətində bir sıra çətinliklər yaradıb.
meqale.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, hazırda Bakı-Şamaxı-Yevlax, eləcə də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarında buzlaşma müşahidə edilir:
"Bununla yanaşı, çoxsaylı xəbərdarlıqlara əhəmiyyət verməyərək mövsümə uyğun təchiz edilməyən, nasaz, texniki-təhlükəsizlik baxımından köhnə avtomobillərin hazırkı kritik hava şəraitində istismar olunması, habelə qarlı, buzlu yolda sürücülük təcrübəsi olmayan şəxslərin sükan arxasına əyləşməsi əlavə gərginliyə, qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir.